• 22:25 – Zelenskidən üçtərəfli danışıqlar mesajı - Bu ölkə ev sahibliyi etməyə hazırdır 
  • 22:20 – Cəlilabadda ana oğlunu öldürdü 
  • 22:17 – Bu energetik içkilərdə təhlükəli maddə tapıldı 
  • 22:15 – SEPAH yeni hücum elan etdi: “Xeybər”, “Qədr”, “Fərəh”lə... 

Milli Məclis Prezidentin təşəbbüsü ilə başlanmış humanitar yardım aksiyasına qoşulub

Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdir etdiyi bu humanitar yardım aksiyasına Milli Məclis də qoşulub.

Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →