• 22:14 – Bakıda Pre-COP29 konfransına yekun vuruldu 
  • 22:05 – Ölkədən pul axını kəskin artdı: Nəzarət gücləndirilir 
  • 22:01 – Müharibə başlasa, Peterburqu vuracağıq 
  • 21:21 – Korotçenko: "Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələrdəndir" 

Iki ölkə arasında əməkdaşlıq gözəl nəticələr doğuracaqdır.

Iki ölkə arasında əməkdaşlıq gözəl nəticələr doğuracaqdır.

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşıladı.Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verdikdən sonra Prezident Klaus Yohannis Azərbaycan əsgərlərini salamladı.Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Rumıniyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
2 fevral 2023 cü il də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat bir sıra mühüm məqamlarla yadda qaldı.
Bəyanatda Azərbaycan və Rumıniya arasında qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıqdan danışan dövlət başçımız bildirdi ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.
Biz gələcək addımlarımızı geniş şəkildə müzakirə etdik və indi nümayəndə heyətləri üzvlərinin iştirakı ilə bunu davam etdirəcəyik. Eyni zamanda, biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir.
Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır.
Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir.Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var və inkişafa müsbət təsir göstərəcək.
Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →