• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır

AZƏRTAC xəbər verir ki, yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri baş tutub.
Səfər Macarıstan mətbuatında geniş işıqlandırılıb. Nüfuzlu “origo.hu” nəşri “Viktor Orban: Azərbaycan Prezidenti, xoş gəlmisiniz!” sərlövhəli qısa məlumatı dərc edib və onu iki liderin fotosu və Macarıstanın Baş nazirinin sosial şəbəkələrdə qeydindən sitat müşayiət edib: “Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır. Biz enerjiyə diqqət yetirməliyik".
“Hang.hu” nəşri isə “Viktor Orban: Azərbaycan Avropanın enerji təchizatı üçün əsas ölkədir" sərlövhəli material dərc edib. Materialın mətnində “MTI” informasiya agentliyinin yaydığı xəbərə istinad olunur. Xəbərdə səfər zamanı keçirilən görüşlərdən bəhs olunur. Həmçinin Macarıstan Prezidenti Katalin Novakın nitqindən sitat gətirilir: “Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi və enerji böhranı kontekstində mükəmməl ikitərəfli münasibətlərimiz olan Azərbaycan kimi strateji tərəfdaşlar daha da dəyərli olur". Prezident İlham Əliyev cavab nitqində Macarıstan-Azərbaycan münasibətlərini yüksək qiymətləndirib və ümid edib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq gələcəkdə daha sıx ola bilər. O, xanım Novakı Azərbaycana rəsmi səfərə dəvət edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →