• 19:03 – İtaliyadakı zəlzələdə xəsarət alanların sayı artdı 
  • 18:54 – ​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 
  • 18:51 – UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb 
  • 18:48 – Rusiya bu kəndləri də işğal etdi 

Sülhməramlılara məxsus növbəti avtomobillər Laçın-Xankəndi yolundan maneəsiz keçib

Azərbaycanlı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ekofəalların və könüllülərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil etdikləri etiraz aksiyası davam edir.

AZƏRTAC xəbər verir ki, aksiyaya baxmayaraq, Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda maneəsiz hərəkət edirlər.

Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti üç minik, iki təminat və bir media avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →