• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Misir mediasında

Misirin “Cairo.24” və “”Aldiplomasy” portallarında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri haqqında xəbərlər yayılıb.

AZƏRTAC-a istinadla yayılan xəbərlərdə qeyd olunub ki, təlimlər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığa dair Sazişə əsasən keçirilir. Misir oxucularının diqqətinə çatdırılıb ki, təlimlərə Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələri cəlb olunub.

Xəbərdə qeyd olunub ki, paytaxt Bakı, həmçinin Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimlərdə Azərbaycan Ordusunun Quru və Mühəndis qoşunları, Xüsusi Təyinatlı və Hərbi Hava Qüvvələri, habelə Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →