• 19:29 – Yasamal rayon ictimaiyyəti 20 Yanvar şəhidlərini yad etdi - Fotolar 
  • 19:03 – SOCAR və "Naftogaz Group" yeni əməkdaşlıq imkanlarını müzakirə edib 
  • 18:59 – Sülh Şurası beynəlxalq hüququ məhv edəcək - Berlin 
  • 18:55 – Məqsədimiz hər ay 50 min rus əsgərini məhv etməkdir 

ABŞ, Rusiya və Ukrayna arasında tarixi razılaşma...




ABŞ, Rusiya və Ukrayna arasında tarixi razılaşma...

Rusiya, ABŞ və Ukrayna təhlükəsiz naviqasiyanı təmin etmək və Qara dənizdə güc tətbiqindən çəkinmək barədə razılığa gəliblər.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə Ağ Evin ekspert qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunları üzrə bəyanatında deyilir.

“Qara Dəniz Ekspert Qruplarının 23-25 ​​mart tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki işinin nəticələrinə həsr olunmuş sənəddə qeyd edilir ki, Birləşmiş Ştatlar və Rusiya naviqasiya təhlükəsizliyini təmin etmək, güc tətbiqindən çəkinmək və Qara dənizdə ticarət gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər”, - deyə bildirilib.

Həmçinin, tərəflər Rusiya və Ukraynanın enerji infrastrukturu obyektlərinə hücumların qadağan edilməsi mexanizmini hazırlamaq barədə razılaşıb.

Bundan əlavə, ABŞ Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrə ixracı üçün dünya bazarına çıxışını bərpa etməsinə yardım edəcək.



axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →