• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Sübhani dəhlizdən danışdı: Tehran Bakıya alternativ təklif edib


Sübhani dəhlizdən danışdı: Tehran Bakıya alternativ təklif edib

İran Azərbaycan üçün Naxçıvana alternativ marşrut təklif edib. Bu marşrut İranın ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində həyata keçiriləcək.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

Səfirin sözlərinə görə, əvvəlki yükdaşıma yolu kifayət qədər uzun idi, lakin indi Azərbaycan yük maşınları yolun böyük hissəsini öz ərazisindən, qalan hissəsini isə İrandan - Ermənistan sərhədi boyunca keçə biləcək. Yeni marşrutun uzunluğu 50 km təşkil edəcək, Azərbaycan yük maşınları üçün gömrük prosedurları da İran qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək.

Səfir həmçinin xatırladıb ki, region ölkələri arasında yalnız İran Ermənistanın Zəngəzur dəhlizinə qarşı mövqeyini dəstəkləyir:

“Bu məsələdə iki ölkə arasında fikir ayrılığı yoxdur. Belə bir dəhliz həm Ermənistan, həm də İran üçün zərərli olacaq. Nəqliyyat yollarının açılması məsələsinə gəldikdə isə Tehran yalnız ölkələrin ərazi bütövlüyü və suverenliyi qorunduğu təqdirdə buna qarşı deyil”.

Səfir vurğulayıb ki, dəhliz məntiqini ehtiva edən istənilən yol İran tərəfindən rədd edilir.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →