• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

4 kənd qayıtdı: ABŞ, AB alqışladı – İran, görün, nə dedi…




4 kənd qayıtdı: ABŞ, AB alqışladı – İran, görün, nə dedi…


Azərbaycanla Ermənistanın vasitəçi olmadan sərhədlə bağlı ilk razılaşması Rusiya və İrandakı siyasi dairələri düşündürüb. ABŞ, AB və Türkiyə əldə edilən razılaşmanı təqdir edərkən, ard-arda açıqlamalar gələrkən, Moskva və Tehrandan hələ ki, xəbər yoxdur. Halbuki Moskva və Tehran hər dəfə deyirlər ki, bölgə ölkələri uzaq ölkələrin iştirakı olmadan danışıqlar aparmalıdırlar.

XEBERTV.AZ  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Azərbaycanla Ermənistan arasında Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılması barədə razılaşma haqda qeyd edib.

O bildirib ki, Bakı və İrəvan məhz uzaq ölkələrin iştirakı olmadan müsbət nəticə əldə edib:

“Ancaq Moskva və Tehranda buna sevinən yoxdur. Çünki Rusiya və İrandakı dairələr bölgədə sülhdən çox, Cənubi Qafqaz ölkələrinin onların təsiri altında olmasını istəyirlər. Bakı ilə İrəvan arasında əldə edilən razılaşma isə Rusiya və İranın bölgəyə təsirini azaldacaq. Misal üçün Baş nazir Nikol Paşinyan Tavuş bölgəsində artıq Rusiya sərhədçilərinə ehtiyac olmadığını deyib. Bakı ilə İrəvan razılaşma əldə etdiyi gün İranın Ermənistandakı səfiri Mehdi Sübhani Cənubi Qafqazda təhlükəsizliyin hazırkı kövrəkliyinin səbəbini regionda güc balansının pozulması ilə əlaqələndirmişdi: “Biz (oxu: Tehran) qəti əminik ki, Cənubi Qafqaz regionunda qüvvələr balansı yaradılmalıdır”. Yəni Tehran öz səfiri vasitəsilə demək istəyib ki, onlar bölgədə güclü Azərbaycanın əleyhinədirlər. Güclü Azərbaycan olmasaydı, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirər və bugünkü razılaşmalar əldə olunmazdı. Tehrana əvvəlki Cənubi Qafqaz lazımdır. Amma geridönüş mümkün deyil”.





Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →