• 22:44 – Zelenski Makronla danışdı: "Miraj"lar tezliklə çatdırılacaq! 
  • 22:35 – "Buran"ı Rusiyaya verməyən iş adamı axtarışa verildi 
  • 20:45 – ABŞ yeni ballistik raketləri sınaqdan keçirib 
  • 20:41 – Mourinyo Ronaldonu "Fənərbağça"ya dəvət etdi 

COP29: Mərkəzi Asiya ölkələri bəyannamə imzaladılar





COP29: Mərkəzi Asiya ölkələri bəyannamə imzaladılar

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Mərkəzi Asiya ölkələrinin nazirləri “İqlim Dəyişikliyi, Buzlaqlar və Transsərhəd Əməkdaşlıq üzrə Tərəfdaşlıq” mövzusunda birgə Bəyannamə imzalayıblar.

XEBERTV.AZ   xəbər verir ki, bu mühüm tədbirdə Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın ətraf mühit nazirləri, həmçinin Asiya İnkişaf Bankı (AİB) və Yaşıl İqlim Fondunun nümayəndələri iştirak ediblər. Tədbirdə Yaşıl İqlim Fondu və AİB tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “Buzlaqlardan Təsərrüfatlara” (G2F) proqramının icrasına başlanılması müzakirə olunub. Proqramın məqsədi buzlaqların əriməsinin təsirlərini azaltmaq, su və ərzaq təhlükəsizliyini təmin etmək üçün iqlim dayanıqlığına yönəlmiş tədbirləri dəstəkləməkdir.

Azərbaycanın su çatışmazlığı və iqlim dəyişikliyindən artan təsirləri nəzərə alınaraq, G2F proqramı ölkənin milli maraqlarına uyğun olaraq xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış Bəyannamə məlumat və təcrübə mübadiləsini, erkən xəbərdarlıq sistemlərinin inkişafını və iqlimə uyğun həllərin tətbiqini təşviq edir. Bu Bəyannamə, Mərkəzi və Qərbi Asiya regionunda buzlaqların qorunması və iqlim dəyişikliyinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində mühüm addım olaraq dəyərləndirilir.



Axar.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →