• 20:20 – Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət etdi 
  • 20:11 – Taliban və Pakistan arasında silahlı toqquşma 
  • 20:06 – Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir? 
  • 20:02 – Ukrayna əsgərləri bu şəhərdə bayraq sancdılar 

İranın azərbaycanlı prezidentinin qələbəsi RƏSMƏN TƏSDİQLƏNDİ



 

İranın azərbaycanlı prezidentinin qələbəsi RƏSMƏN TƏSDİQLƏNDİ

İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərinin nəticələrini təsdiqləyib.

 XEBERTV.AZ  xəbər verir ki, İRNA agentliyi şura nümayəndəsi Hadi Tahan Nazifə istinadla məlumat yaydı.

"Prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb. Nəticələr təsdiqləndi", - Nəzif deyib.

Bildirilib ki, ikinci turda iştirak edənlərdən heç biri şikayət etməyib.

Seçkilərin nəticələri tam təsdiq olunmaq üçün İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq. Bundan sonra onun ofisi ölkənin yeni prezidentinin andiçmə mərasiminin tarixini açıqlayacaq və bundan sonra Məsud Pezeşkianın dörd illik səlahiyyət müddəti rəsmən başlayacaq.

Xatırladaq ki, növbədənkənar prezident seçkiləri İran prezidenti İbrahim Rəisinin may ayında helikopter qəzasında həlak olmasından sonra keçirilib.


Publika.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →