• 21:30 – Ağdərədə 100-lərlə separatçının məhv edildiyi yerdən GÖRÜNTÜLƏR - VIDEO 
  • 21:15 – İsrail təyyarələri Hizbullahın qərargahını vurdu 
  • 19:28 – İcma Ermənistandan və revanşist dairələrdən təhlükəli yoldan əl çəkməyi tələb edib 
  • 19:27 – Qonşuda siyahıyaalma başladı: İlk dəfədir ki, bu texnologiyadan istifadə edilir 

Baqrat İrəvanda XAL İTİRDİ: Azərbaycanla sərhədə qayıdır





 

Baqrat İrəvanda XAL İTİRDİ: Azərbaycanla sərhədə qayıdır

İyunun 21-də yepiskop Baqrat Qalstanyan “Vətən uğrunda Tavuş” hərəkatının digər nümayəndələri ilə birlikdə Azərbaycanla sərhədə - Kirantsa yola düşəcək.

XEBERTV.AZ Publika.az -a istinadən xəbər verir ki, hərəkatın "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunubki, Baqrat Qalstanyan Kirants və qonşu kəndlərin sakinləri ilə görüşəcək.

Vurğulanıb ki, o, səhər saat 09:00-da “Qazprom Ermənistan”ın baş ofisinin qarşısından Kirantsa gedəcək.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Bundan sonra etiraz əlaməti olaraq Ermənistanda yepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə “Vətən uğrunda Tavuş” hərəkatı yaradılıb. Etiraz dalğası sonra paytaxt İrəvana sıçrayıb.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →