• 18:13 – Bu şəxslər 3 min manatadək cərimə olunacaq 
  • 20:37 – ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı 
  • 20:35 – Fransa 1.5 milyard avroluq hərbi peyklər hazırlayır 
  • 20:32 – Əxlaqın Ağırlığı 

Bu dəhşət dayandırılmalıdır - Quterreş






BMT-nin Baş katibi Antonio Quterreş İsrail ordusunun Rəfah şəhərində çadır düşərgəsinə zərbə endirməsini kəskin pisləyib və zorakılığın dayandırılmasını istəyib.

XEBERTV.AZ   xəbər verir verir ki, baş katib bu barədə X səhifəsində yazıb.

“Mən bu ölümcül münaqişədə sadəcə sığınacaq axtaran çoxlu sayda günahsız mülki insanın ölümü ilə nəticələnən İsrailin hərəkətlərini qınayıram. Bu dəhşət dayandırılmalıdır”, - deyə o bildirib.

Quterreş əlavə edib ki, Qəzzada bir dənə də olsun təhlükəsiz yer qalmayıb.

Qeyd edək ki, ötən gün İsrail ordusu Qəzzanın cənubunda, Rəfahda BMT-nin təşəbbüsü ilə salınan çadır şəhərciyinə raket zərbəsi endirib. Hücumda azı 40 nəfər həlak olub, onlarla yaralı var.



Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →