• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

İrəvanın sülh üçün 3 istiqaməti: Bakı razıdır?


İrəvanın sülh üçün 3 istiqaməti: Bakı razıdır?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bugünkü mətbuat konfransında söylədiklərindən bir neçə nəticəyə gəlmək olar.

XEBERTV.AZ xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Mirzoyan mətbuat konfransı əsas 3 istiqaməti təqdim etdi:

1. İrəvan Azərbaycanla sülh sazişi imzalamaq üçün qarşılılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıyla yanaşı, sərhədlərin dəqiqləşməsini də istəyir. Görünür, İrəvan hələ də ümid edir ki, sülh sazişi çərçivəsində Azərbaycan Ordusu sərhəddəki yüksəkliklərdən geri çəkiləcək. Bunun baş verməyəcəyini Prezident İlham Əliyev bir neçə dəfə bildirib;

2. Ermənistan Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasını istəmir. Bu baxımdan Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun “dəhliz rusiyalı hərbçilərin nəzarətində olmalıdır” yanaşmasını qəbul etmir. Ararat Mirzoyan dəhlizin yalnız Ermənistan qüvvələrinin nəzarəti altında olmasını istəyir ki, buna da rəsmi Bakı razılaşmayacaq;

3. Ermənistanın ümidlə başladığı Türkiyə ilə dialoq hazırda dondurulmuş haldadır. Bunun səbəbi odur ki, Ankara Bakı ilə strateji müttəfiqliyə sadiq qalaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Ermənistanla sərhədin açılmasını mümkün sayır.

Ona görə də İrəvan Türkiyə ilə sərhədin açılmasını və ikitərəfli ticarətin başlamasını istəyirsə, əvvəlcə Azərbaycanla sülh sazişi imzalamalıdır.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →