• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Rusiya XİN: Cənubi Qafqazda son dərəcə təhlükəli planların həyata keçirilməsi üçün...



 



Brüsseldəki görüş Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhddir.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Biz 2024-cü il aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-ABŞ-AB formatında yüksək səviyyəli görüşü “kollektiv Qərb”in Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk. Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz müdaxiləsi, regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün ən mənfi nəticələrə gətirib çıxara bilər, yeni ayırıcı xətlərin yaranmasına, eləcə də gərginliyin artmasına səbəb olur”, - bəyanatda deyilib.

Rusiya Xarici İşlər Nazirliyinin fikrincə, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir.

“Biz bilirik ki, Vaşinqton və Brüssel Ermənistanın KTMT və Aİİ-dən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin Ermənistandan çıxarılmasına çalışır. Biz İrəvan rəhbərliyini Qərbin ölkəni təhlükəsizlik boşluğunun yaranması və iqtisadiyyatda ciddi problemlər ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq”, - bəyanatda deyilir.

XİN vurğulayır ki, Brüsseldə elan edilmiş qrant dəstəyinin həcmləri Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyətdən, Aİİ və MDB çərçivəsində əldə etməkdə davam etdiyi çoxmilyardlıq fayda ilə müqayisə edilə bilməz.

“Məhz bu amillər son illərdə ticarət dövriyyəsinin dəfələrlə artmasını təmin etmişdir (2018-ci ildən 4 dəfə). Biz ümumi inteqrasiya birlikləri vasitəsilə fundamental ikitərəfli sənədlərdə və sazişlərdə təsbit olunmuş prinsiplər əsasında Ermənistanla münasibətləri hərtərəfli dərinləşdirmək və genişləndirmək öhdəliyimizi təsdiq edirik. Əminik ki, Rusiya-Ermənistan müttəfiqliyinin mütərəqqi inkişafı Rusiya və Ermənistan xalqlarının fundamental maraqlarının həyata keçirilməsinə, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”, - Rusiya XİN-in bəyanatında deyilir.

XİN-dən bildirilib ki, Qərb Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə nəqliyyat və iqtisadi blokadanın aradan qaldırılması üçün tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl çəkmir.

“Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu sazişlərin icrasını dayandırdı, bir çoxları üzrə, xüsusən də qarşılıqlı nəqliyyat blokadasının aradan qaldırılması məsələsində tərəflər qarşılıqlı məqbul həll yollarına yaxın idi. Moskva Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail olmaq üçün hər cür kömək etməyə hazırdır.

Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən “3+3” Məşvərət Platformasının ikinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır. Biz xarici oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvan hakimiyyətini isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”, - Rusiya XİN-dən vurğulanıb.

Qeyd edək ki, bu gün Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib.



Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →