• 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 
  • 23:26 – Qərbi Azərbaycan Xronikası: “Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi” - VİDEO 
  • 23:09 – Ukraynaya 630 milyon dollar ayıracaqlar 
  • 20:20 – Kupman Azərbaycana gələcək 

Estoniya parlamentindən Xocalı soyqırımı ilə bağlı - Bəyanat

estoniya-parlamentinden-xocali-soyqirimi-ile-bagli


Estoniya parlamentindən Xocalı soyqırımı ilə bağlı - Bəyanat

Estoniya Parlamentinin (Riigikogu) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat  yayıb.

XEBERTV.AZ “Qafqazinfo”-a istinadən xəbər verir ki, bəyanatda aşağıdakılar qeyd olunub:

“Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

Biz 600-dən çox günahsız dinc sakinin, o cümlədən çox sayda uşaq, qadın və qocaların qətlə yetirildiyi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük.

Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı azərbaycanlı dinc sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətləri qətiyyətlə pisləyirik. Bu kütləvi qətlin səbəbkarları ədalət qarşısında cavab verməlidirlər.

Etiraf edirik ki, regionun bütün ölkələrinin suverenlik və ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz Azərbaycan Respublikasına öz ərazisində davamlı sülhün bərqərar olması, inteqrasiya və yenidənqurma işlərində dəstəyimizi ifadə edirik”.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →