• 19:03 – İtaliyadakı zəlzələdə xəsarət alanların sayı artdı 
  • 18:54 – ​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 
  • 18:51 – UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb 
  • 18:48 – Rusiya bu kəndləri də işğal etdi 

Peskov "sensasion bəyanat" barədə məlumatları təkzib etdi

 BAKI-XEBERTV.AZ

Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə qlobal təhlükəsizliklə əlaqədar sensasion bəyanatlar verəcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.



 "RİA Novosti" xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov danışıb və o, yayılan məlumatları təkzib edib.

"Yox, saxta xəbərlərdir”, – Peskov jurnalistin müvafiq sualını cavablandırıb.

Qeyd edək ki, ötən gün "Politdjoystik" Teleqram kanalında Putinin qlobal təhlükəsizlik məsələləri, o cümlədən Ukrayna ilə bağlı sensasion bəyanatla çıxış edəcəyinə dair məlumat yayılmışdı.

Xatırladaq ki, Yanvarın 1-də Vişnevski xəstəxanasında hərbi qulluqçulara baş çəkən Rusiya lideri bildirib ki, Moskva Ukraynadakı münaqişəni mümkün qədər tez, lakin öz şərtləri əsasında dayandırmaq arzusundadır.



Publika.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →