• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Orta Dəhliz ölkələri "Çərçivə sazişi" imzalayacaq





 

Orta Dəhliz ölkələri Çərçivə sazişi imzalayacaq

Bu ilin mart ayında Bakıda Orta Dəhliz ölkələrinin imzaladığı protokola uyğun olaraq "Çərçivə sazişi" hazırlanıb və aidiyyəti ölkələrə imzalanması üçün göndəriləcək.

XEBERTV.AZ  "Report " -a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Natiq Şirinov ötən gün Zəngilan şəhərində işə başlamış və bu gün işini Bakıda davam etdirən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, noyabrın 20-də bununla bağlı Bakıda böyük konfrans olacaq.

"Azərbaycanın gömrük orqanlarının qarşısında duran mühüm vəzifələrdən biri ölkənin tranzit potensialını artırmaqla onu regionun tranzit qovşağına çevirməkdir. Əsas beynəlxalq konvensiyaların üzvü olan Azərbaycan bu istiqamətdə "Tranzit Konvensiyası", "Mallar və Ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyası" kimi önəmli sazişlərə qoşulmaq prosesini sürətləndirib. Tranzit potensialının artırılması üçün atılan ən mühüm addımlardan biri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin imzalanması olub. Dəhliz üzərindən təchizat zəncirinin artırılmasını asanlaşdıran gömrük prosedurlarının tətbiqi qaçaqmalçılığın, narkotik vasitələrinin tranzit daşımasının qarşısının alınmasına dair tədbirləri zəruri edir və bu məqsədlə dəhliz ölkələrinin gömrük xidmətlərinin beynəlxalq əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Bu baxımdan gömrük orqanlarının dəhliz boyu ticarətin genişləndirilməsinə ən böyük töhfəsi tranzit daşımalarına aid məlumatların öncədən mübadiləsini təmin edilməsi və elektron gömrük qeydiyyat portalının yaradılması olacaq", - deyə o qeyd edib.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →