• 15:42 – İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq 
  • 15:29 – Azərbaycan əhalisinin sayı açıqlandı 
  • 15:22 – Xalq artisti Tünzalə Ağayeva 17 il sonra bu hitə YENİ NƏFƏS VERDİ - VİDEO 
  • 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 

Ermənistan bu gün "rekord"a imza atdı - Bayramov




Ermənistan bu gün "rekord"a imza atdı - Bayramov


Sülh sazişi ətrafında danışıqlar bir prosesdir və müxtəlif mərhələlərdən ibarətdir.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Xədicə Labiblə birgə keçirilən mətbuat brifinqində deyib.

“Bir qayda olaraq Ermənistan Azərbaycan tərəfindən göndərilən şərtləri 30-60 gün ərzində özündə saxlayır. Bizim üçün son nəticə lazımdır. Ermənistan tərəfi isə şərtlərini göndərəndən 1-2 gün sonra mətbuata böyük açıqlamalar verərək “Biz artıq Azərbaycana şərtlərimizi göndərmişik” deyirlər. Amma bu gün bir "rekord”a imza ataraq, şərtləri göndərdikdən 40 dəqiqə sonra mətbuata böyük açıqlama verdilər”,- deyə nazir bildirib.

Qeyd edək ki, Belçikanın xarici işlər naziri Xədicə Labib avqustun 22-də Ermənistana, bu gün isə Azərbaycana səfər edib.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →