• 12:09 – Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - Video 
  • 11:59 – Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu – VİDEO 
  • 20:04 – Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək - VİDEO 
  • 18:42 – “Putinlə sazişi bağlayıb bizi çətin vəziyyətdə qoydu” 

Xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →