• 19:44 – Bakıda 2 nəfərin zəhərlənməsi faktı üzrə araşdırma aparılır 
  • 19:30 – Bu şura sülhün pozulmasında alət kimi istifadə olunur - Şeyx 
  • 19:25 – Bu pulları dərhal dəyişdirin! 
  • 16:03 – Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır 

İlham Əliyev Monteneqronun yeni Prezidentini təbrik etdi

İlham Əliyev Monteneqronun yeni Prezidentini təbrik etdi




Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Milatoviç,
Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →