• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Azərbaycan Prezidenti: Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz

Müharibədən ötən iki il yarım müddət ərzində bütün dünya, eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

“Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →