• 20:50 – Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video 
  • 20:40 – İsveç və Norveç nüvə çəkindirmə məsələsində Fransa ilə əməkdaşlıq etməyə hazırdır 
  • 20:36 – İran İsrailin komandanlıq mərkəzinə zərbə endirdi 
  • 20:31 – Hörmüzdə keçid gözləyən gəmilərin sayı... 

Neftçalada evə BASQIN: Şəhidin il mərasimi üçün yığılan pul oğurlandı - FOTO

 


Neftçalada şəhid anasının evinə basqın olub.

XEBERTV.AZ  Lent.az -a istinadən xəbər verir ki, noyabr ayının 26-dan 27-nə keçən gecə Neftçala şəhidi Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyevanın evinə maskalı şəxslər basqın ediblər.

Onlar şəhid anasını bıçaqla hədələyərək evdən 800 AZN pulu götürərək qaçıblar. Şəhid anası həmin pulları oğlunun il mərasimi üçün saxlayıbmış.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən soyğunçuluq faktı ilə bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Əməli törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →