• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Şəhid Ruslan Lalayevin əziz xatirəsi yad edilib!

BAKI-XEBERTV.AZ


Şəhid Ruslan Lalayevin əziz xatirəsi yad edilib!
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasında zəhməti olan insanlardan da biri I Vətən müharibəsinin qazisi Akif Lalayevdir. O, ömür-gün yoldaşı ilə birlikdə övladlarını doğma Yurdumuza layiq övlad kimi böyüdüb. Ailənin 2 oğlu Azərbaycan Silahlı Qüvvələri sırasında xidmət edirdi. Onlardan biri-Ruslan Lalayev 2023-cü il sentyabrın 19-da başlanan lokal antiterror əməliyyatları zamanı şəhid olub. Sağ olsaydı, oktyabrın 31-i ailə həyatı quracaqdı Ruslan.
Oktyabrın 31-də Akif Lalayevin döyüşçü dostları, həmçinin, kənd sakinləri şəhid Ruslan Lalayevin məzarını ziyarət etdilər. “20 Yanvar” ictimai birliyinin sədri Sultan Əzimzadə, ehtiyatda olan polkovnik Hikmət Ağayev, polkovnik Rasim Dadaşov və başqaları Ruslan bəyin qısa, lakin, mənalı ömür yolundan söhbət açdılar. Şəhid R.Lalayevin ruhunu yad etmək üçün dualar oxundu.
Xatırladıram ki, Akif bəyin daha bir oğlu Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir.
Ruslan Lalayevin şəxsində cəmi şəhidlərimizin ruhları şad olsun.Amin.
Şamil Sabiroğlu(Ələkbərli),
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist.
31.10.2023.
 


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →