• 20:02 – Dövlət büdcəsinin gəlirləri açıqlandı 
  • 19:48 – Messi 17-ci dəfə "Qızıl top"a namizəd göstərildi 
  • 19:44 – Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? 
  • 19:40 – Rusiya kosmosda nüvə partlayışı törədərsə... - Ssenari 

Bakıda Ukrayna şənbə məktəbi açılıb

Bakıdakı Ukrayna mərkəzində “Mriya” şənbə məktəbi fəaliyyət göstərməyə başlayıb.

AZƏRTAC mərkəzə istinadla xəbər verir ki, uşaqlara şənbə məktəbində Ukrayna dili, tarix, mədəniyyət fənləri tədris olunacaq. Məktəbin yaradılmasından başlıca məqsəd uşaqlara Ukrayna dili, ədəbiyyatı və tarixini öyrətməkdir.

Məktəbə 5-9 yaşlı uşaqlar qəbul olunur.

Xatırladaq ki, 2021-ci ildən bəri Bakıda fəaliyyət göstərən Ukrayna mərkəzi Ukrayna və Azərbaycanın ali məktəblərinin birgə layihələrini həyata keçirir, tələbə mübadiləsi və tədqiqatlar aparır. Bundan başqa, mərkəzin bazasında sərgilər, art-layihələr və tematik görüşlər təşkil olunur.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →