• 22:33 – Bu ölkənin şirkətləri də Qarabağda çalışa bilər 
  • 22:21 – Kredit götürən ölürsə, varisi hansı halda borcu qaytarmaya bilər? 
  • 21:51 – Rəisinin helikopterinin qəzası ilə bağlı ABŞ-dan açıqlama 
  • 21:46 – 1977-ci ildən 18 may tarixində Beynəlxalq Müzeylər Günü qeyd edilir. 

Ümummilli Liderin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Forum çərçivəsində may-iyun aylarında Beynəlxalq Türk Akademiyası ilə birgə türk dünyasında ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və tanıdılmasına həsr olunmuş tədbirin təşkili nəzərdə tutulub. Həmçinin TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısı və Türk Dünyasının Mədəni Marşrutu layihəsinin təqdimatı keçiriləcək. Eyni zamanda, Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa şəbəkəsinin yaradılması və ilk görüşünün təşkili, elədə də TÜRKSOY Muzeylər Birliyinin toplantısının keçirilməsi planlaşdırılır.

Qeyd olunan işlərin icrası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →