• 19:45 – SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni hücum dalğası başladıb 
  • 19:39 – İranda qızlar məktəbi vuruldu: 70 ölü, 90 yaralı 
  • 23:57 – Qazaxıstan İrandakı vətəndaşlarına çağırış etdi 
  • 23:50 – Pentaqon rəhbəri yadplanetlilərin varlığından danışdı - “Görərik” 

Fiziki məhdudiyyətli şəxslər Nizami Kino Mərkəzinin xidmətlərindən daha rahat istifadə edəcəklər

Dünya Bankı Qrupunun Azərbaycandakı Nümayəndəliyi, “Üçüncü Bahar” İctimai Birliyi və Nizami Kino Mərkəzinin birgə təşəbbüsü ilə fiziki məhdudiyyəti şəxslərin kino mərkəzinin xidmətlərindən istifadəsinin asanlaşdırılması üçün bina xüsusi avadanlıqla təchiz edilib.

AZƏRTAC xəbər verir ki, Dünya Bankının sosial inklüzivliyin təşviq olunmasına yönəlmiş daxili proqramı çərçivəsində maliyyələşdirilən layihə Azərbaycanda əlilliyi olan şəxslərin ictimai xidmətlərdən daha əlçatan şəkildə yararlanmasına töhfə verəcək.

Layihə Nizami Kino Mərkəzinin binasının xaricində əlil arabaları üçün elektrik qaldırıcı platformasının quraşdırılmasından və arabaların bina daxilində rahat hərəkəti üçün müasirtipli mobil teleskopik pandusların təchiz edilməsindən ibarətdir.

1934-cü ildə, o dövrün memarlıq prinsipləri əsasında tikilən Nizami Kino Mərkəzinin bütün əhali qrupları, o cümlədən mobillik məhdudiyyəti olan şəxslər üçün əlçatan edilməsi zərurəti yaranmışdı. Müvafiq dövlət qurumlarının razılığı əsasında bu istiqamətdə nəzərdə tutulan zəruri tikinti-quraşdırma işləri artıq başa çatdırılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →