• 21:46 – İsrail və ABŞ İranın nüvə bombasının “açarı”nı MƏHV ETDİLƏR - NYT 
  • 21:32 – Makron Fransa parlamentini buraxa bilər - Pen 
  • 19:54 – Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazına alternativ yollardan danışdı 
  • 19:49 – Haaland 300-ə çox tez çatdı 

“Ölülər” tamaşası növbəti dəfə səhnədə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa yanvarın 14-də növbəti dəfə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olacaq.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →