• 20:33 – Goranboyda son vəziyyət: operativ iclasda nə qərar verildi? 
  • 20:24 – Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi 
  • 20:22 – Qanunsuz satışa çıxarılan "arıqlama çayları" aşkarlandı 
  • 20:17 – Aparanda dəhşətli qəza: 5 nəfər öldü, 10-u yaralandı 

İnfarkt keçirən aktyorun son vəziyyəti AÇIQLANDI

Əməkdar artist Vahid Əliyevin səhhətində irəliləyiş var.

Bu barədə “Qaynarinfo”ya aktyorun özü məlumat verib.

O bildirib ki, ürəyi ilə bağlı bütün müayinələrin nəticələri hazırdır:

“Şükürlər olsun ki, yaxşıyam. Bir azdan həkimlər əməliyyatla bağlı fikirlərini açıqlayacaqlar. Əməliyyatın nə vaxt keçiriləcəyi ilə bağlı hələ bizə məlumat verilməyib. Düşünürəm ki, qərar bu gün açıqlanacaq”.

Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Vahid Əliyevin səhhəti pisləşib. İnfarkt keçirən aktyor Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →