• 19:05 – İki plan var: ABŞ yaxın saatlarda İranı vuracaq - Rejimin taleyi necə olacaq? 
  • 18:56 – 1421-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:53 – Bakı bu dörd ermənini İrəvana verdi 
  • 21:18 – Dr. Med Səfərova Almaniyada vəzifə verildi - Foto 

Gənc azərbaycanlı pianoçu Vyanada növbəti konsert proqramı ilə çıxış edib

Vyananın “Ehrbar” konsert salonunda gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının dəstəyi ilə baş tutan konsertdə gənc pianoçu bəstəkarlar Fridrix Şopen, Modest Musorqski, Mauris Ravel, Erik Sati və özünün bəstələdiyi əsərləri ifa edib. A.Manafzadə hər ifadan öncə tamaşaçılara bəstəkar və əsər, eləcə də əsərin xarakterik xüsusiyyətləri barədə məlumat verib. Konsertdə M.Musoqskinin “Bir sərginin rəsmləri” əsəri və A.Manafzadənin “Xocalıya” kompozisiyası böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Culture Meeting Point” təşkilatının keçirdiyi “Xalis klassika” adlı silsilə konsertlər gənc istedadlı musiqiçiləri üzə çıxarmaq və geniş auditoriyaya tanıtmaq məqsədi daşıyır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →