• 16:40 – Tramp Baydenin israillilərlə bağlı fərmanını ləğv etdi 
  • 16:31 – Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin məlumatı 
  • 21:58 – Milli fövqəladə vəziyyət elan edib, ordunu göndərirəm - Tramp 
  • 21:51 – Gürcüstan turizmdən rekord gəlir əldə etdi 

Şuşa ilə bağlı sayt istifadəyə verilib

Şuşa Dövlət Musiqili Dram Teatrında “Şuşa İli” müsabiqəsi çərçivəsində "Şuşanın virtual təbliği" layihəsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə üzrə musiqişünas Firidun Şuşinskinin “Şuşa” kitabı əsasında "Söhbət Şuşadan gedir", “Bülbülün ev muzeyi” və “Duyğuların palitrası” adlı sənədli filmləri çəkilib.

Həmçinin shushainfo.com saytı yaradılaraq, istifadəyə verilib. Saytda Şuşa şəhərinin tarixi və tarixi-mədəniyyət abidələri, eksponatları, eləcə də Şuşa şəhərində yazıb-yaratmış tarixi şəxsiyyətlər, erməni quldurlarının işğal dövründə şəhərdə yaşayış və qeyri-yaşayış binalarına, həmçinin təbiətinə vurduğu ziyan, Azərbaycanın mədəniyyət paytaxtının iqtisadiyyatı, statistikası, işğaldan azad olunandan sonra şəhərin bərpası istiqamətində görülmüş işlər haqqında məlumatlar yerləşdirilib.

Sənədli filmlərin rejissoru Vüqar Əlisoy, saytın yaradıcısı isə Xaqan Məhərrəmovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →