• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Əkbər Qoşalının şeirləri xarici ədəbi saytlarda yayımlanıb

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının ingiliscəyə çevrilmiş şeirləri Rumıniyanın “World Literature Academy” Ədəbi birliyinin “Vocea Literara” saytında, Belçikadakı “Galaktika Poetike Atunis” Beynəlxalq ədəbi birliyinin “Atunis Poetry” saytında, həmçinin Banqladeşin “Rid Times” qəzeti və eyniadlı ədəbi saytında yayımlanıb.

AZƏRTAC xəbər verir ki, şeirləri ingilis dilinə Sevil Gültən çevirib.

Sadalanan saytlar beynəlxalq miqyasda yaddaqalan ədəbi layihələrə imza atan ədəbi qurumların orqanı olaraq dünya yazarlarının uğurlarını təbliğ edir, eyni zamanda ədəbi əlaqələrin genişlənməsinə xidmət edir. Bu anlamda “Atunis Poetry” (atunispoetry.com) saytı özəlliklə fərqlənir. Sayt hər ilin yekununda, əsərlərini yayımladığı şairlərin iştirakı ilə poeziya antologiyaları nəşr edir.

Qeyd edək ki, Əkbər Qoşalının “Atunis Poetry” saytında yayımlanan şeirləri 2022-ci ilin yekununda nəşr ediləcək “Galaktika Poetike Atunis” antologiyasına daxil edilib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →