• 20:39 – Zelenski Bakıya yeni səfir göndərir 
  • 20:17 – Türkiyə ordusu Ermənistana girə bilər - Matevosyan 
  • 19:22 – 728-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı 
  • 19:08 – SUMQAYIT ŞƏHƏRİNDƏ ŞADLIQ SARAYI İCARƏYƏ VERİLİR. 

“Sözün melodiyası - keçmişə səyahət” adlı poeziya gecəsi

Beynəlxalq Muğam Mərkəzində “Sözün melodiyası - keçmişə səyahət” adlı poeziya gecəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, gecədə bədii qiraətçi Hüseynağa Aslanovun ifasında Azərbaycan yazarlarının yaradıcılığına müraciət edilib. Klassik poeziya nümunələri və müasir ədəbi janrlardan seçmələr səsləndirən qiraətçini gənc piano ifaçıları Ülviyyə Kazımova, Nərmin Rzayeva, tarda İsmayıl Zülfüqarov, nağarada Cəfər Həsənov, kamançada Mədinə Şahgəldiyeva müşayiət edib.

Tədbirdə Məhəmməd Füzuli, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, İlqar Fəhmi, Ramiz Rövşən və girər şairlərin poeziyasından seçmələr Azərbaycan və dünya bəstəkarlarının musiqililəri fonunda təqdim edilib.

Qeyd edək ki, nostalji və müasir düşüncələrlə dolu olan gecə maraqla qarşılanıb. Adından da məlum olduğu kimi melodiya və sözün vəhdəti həmin gün musiqi həvəskarları və poeziyasevərlərə unudulmaz anlar bəxş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →