• 20:14 – Zəfər Günü İzmirdə də qeyd edildi 
  • 19:55 – “DAHA 17” SERİALININ AKTRİSASI KAMA PEKERDƏN XEBERTV.AZ ÜÇÜN EKSKLÜZİV MÜSAHİBƏ 
  • 19:47 – Gülben Ergen Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi 
  • 18:49 – XİN-dən 8 Noyabrla bağlı - Bəyanat 

Gülben Ergen Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi


BAKI-XEBERTV.AZ

Gülben Ergen Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi

BLACK MEDIA şirkətinin təşkilatçılığı, Marat Bəxtiyarovun rəhbərliyi ilə Türkiyənin sevilən pop ulduzu Gülben Ergen noyabrın 7-də Bakıda konsert proqramı ilə çıxış edib.

Bakı Konqres Mərkəzində keçirilən konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sənətçi səhnədən Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, sevilən mahnılarını səsləndirərək pərəstişkarlarına unudulmaz musiqi axşamı yaşadıb.

Gülben Ergen çıxışı zamanı Azərbaycanda olmağın onun üçün xüsusi olduğunu vurğulayıb, Vətənimiz üçün çox darıxdığını bildirib. O, repertuarına Əmrah və Yıldız Tilbenin də sevilən mahnılarını daxil edərək gecəyə rəng qatıb.

Konsertin ən səmimi anlarından biri isə sənətçinin səhnədən enərək pərəstişkarlarının arasına qatılması olub. Gülben Ergen sevənləri ilə çoxsaylı selfilər çəkdirib, onlarla yaxından ünsiyyət qurub.
Müəlliflər: Zeynəb Abbasova, İsmayıl Zaman




Video linki: https://
Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →