• 21:21 – Korotçenko: "Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələrdəndir" 
  • 21:05 – Rusiya ABŞ-a yeni səfir göndərəcəkmi? 
  • 21:02 – Putin Soçiyə gəlməkdən niyə qorxur? – “Proyekt” 
  • 19:38 – Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər" 

İçərişəhərdəki bayram şənliyində müasirliklə milliliyin vəhdəti xoş təəssürat yaradır

Bu il ölkəmizdə keçirilən Novruz bayramı fərqli və müasir formatdadır. Biz şəhəri gəzməyə əvvəlcə İçərişəhərdən başladıq. Orada təşkil olunan ənənəvi milli Novruz şousu, pəhləvanlar, kəndirbazlar, həmçinin Novruz atributları olan Kosa və Keçəlin oyunları şənliyə gələnlərə bayram əhvalı bəxş edır. Bunları İçərişəhərdə izləmək çox maraqlıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İçərişəhərdə təşkil olunan “Bayram qalası” adlı təntənəli Novruz şənliyini izləyən Bakı sakini Yetər Kərimli deyib.

“Bayram şənliyində müasirliklə milliliyin vəhdəti xoş təəssürat yaradır. Bir tərəfdə müasir brendlərin satışı və əl işlərindən ibarət sərgilər, digər tərəfdə isə kəndirbaz, eləcə də Kosa və Keçəlin oyunları bayram həyəcanını xeyli artırır. Hətta qalanmış tonqalları da qeyd etmək olar. Bulvarda da həyəcan dolu bayram ab-havası hökm sürür. Orada da möhtəşəm musiqi şousu, qalanmış tonqallar insana əyləncəli anlar yaşatmış olur. Düşünürəm ki, qədim adət-ənənələrinə sadiq qalan bir millət olaraq biz, Novruz bayramını hər zaman yüksək səviyyədə qeyd etmişik. Çünki bu bayram bizim kökümüzə və milli-mənəvi dəyərlərimizə çox yaxındır. Novruz bayramında doğmalıq və istilik var. Təbiət oyanır və insanların daxilində də yenilənmə, çiçəklənmə baş verir. Xalqımızı bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Ruzi-bərəkət və xoş günlər arzulayıram", - deyə Y.Kərimli vurğulayıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →