• 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 
  • 23:26 – Qərbi Azərbaycan Xronikası: “Səmənd ağanın öldürülməsi ilə Göyçə ermənilərə tam təslim edildi” - VİDEO 
  • 23:09 – Ukraynaya 630 milyon dollar ayıracaqlar 
  • 20:20 – Kupman Azərbaycana gələcək 

“China Daily” qəzeti Heydər Əliyev Mərkəzindəki “Yerlə göy arasında” sərgidən yazır

Çinin nüfuzlu ingilisdilli nəşri olan “China Daily” qəzeti AZƏRTAC-ın Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” Azərbaycan-Latviya birgə incəsənət sərgisi haqqında materialını yayıb.

Məqalədə Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Egils Levitsin, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun və digər rəsmi qonaqların iştirak etdikləri sərginin dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə etdiyi vurğulanıb. Qeyd olunub ki, aprelin 3-dək davam edəcək sərgidə Latviyadan İeva Krumina illüstrasiyaları və dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərləri nümayiş olunur.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur. “China Daily” Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →