• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Azərbaycan “OPEC plus”un neft bazarının tənzimlənməsinə dair mövqeyi ilə həmrəydir

Azərbaycan “OPEC plus”un neft bazarının tənzimlənməsinə dair mövqeyi ilə həmrəydir

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən bazar günü bildirilib ki, beləliklə, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır. Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel həcmində olmaqla dəyişməz qalır.

“OPEC plus” ölkələri nazirlərinin növbəti görüşünün gələn ilin 4 iyun tarixində keçirilməsi razılaşdırılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →