• 19:03 – İtaliyadakı zəlzələdə xəsarət alanların sayı artdı 
  • 18:54 – ​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 
  • 18:51 – UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb 
  • 18:48 – Rusiya bu kəndləri də işğal etdi 

Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub

Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub

13 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

XİN-dən bazar günü bildirilib ki, nazir Ceyhun Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Nazir Mevlüt Çavuşoğlu başsağlığına görə təşəkkür edib, Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →