• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

“Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti maarifləndirici təlimlərini keçirib.

 “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti maarifləndirici təlimlərini keçirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyi “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti maarifləndirici təlimlərini keçirib. Təlimlərdə İsmayıllı Dövlət Humanitar və Texnologiy Kollecinin və İsmayıllı Dövlət Peşə Təhsili Mərkəzinin tələbə və müəllimləri iştirak ediblər. Təlimlərə başlamazdan öncə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova çıxış edərək layihə icraçılarına və iştirakçılarına uğurlar arzuladı. Birliyin sədri Samirə Mustafayeva çıxış edərək göstərdi ki, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl milli adət -ənənələrimizlə tərbiyə olunmalıdır. Layihənin eksperti Nailə İsmayılova iştirakçılara təlimlərdə aktiv iştirak etmələrini tövsiyyə edərək layihənin uğurlu icrasıyla bağlı fikirlərini söylədi. Eyni zamanda təlimçi Mətanət Əsgərova Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndiriməsi üçün kompleks tədbirlərin görülməsinin vacibliyini qeyd etdi. O, ailə dəyərlərin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin çulğalaşması prosesində həyata keçirilməli olmasının əhəmiyyəti göstərdi. Həmçinin bildirdi ki, bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gercəkləşdirə bilən fəal, güclü ailələrin formalaşdırılmasında maraqlıdır, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Təlimdə müasir ailə modelinin növləri və formaları təhlil edilmiş, gənclərin etibarlı ailə münasibətlərinin qurulması üçün ailə modelinin düzgün seçilməsinin əhəmiyyəti göstərilmişdir. Təlimin gedişində iştirakçılar tərəfindən verilən suallar təlimçi və ekspert tərəfindən cavablandırıldı, müasir ailə modeli ilə bağlı iştirakçıları maraqlandıran bir sıra məsələlər müzakirə olundu. Birliyin sədri Samirə Mustafayevanın rəhbərliyi ilə iştirakçılar arasında müzakirələr çay süfrəsi arxasında davam etdirildi.
 “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti maarifləndirici təlimlərini keçirib.
 “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti maarifləndirici təlimlərini keçirib.
 “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti maarifləndirici təlimlərini keçirib.
 “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti maarifləndirici təlimlərini keçirib.
 “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti maarifləndirici təlimlərini keçirib.
 “Ailə Modelinin gənclər arasında təbliği” adlı layihəsi çərçivəsində İsmayıllı rayonunda növbəti maarifləndirici təlimlərini keçirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →