• 21:12 – Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB 
  • 19:03 – 801-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 19:00 – Gürcüstan hökuməti Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirir - ŞƏRH 
  • 18:56 – Şəkidə iki nəfər ov silahı ilə öldürüldü 

Gənclər Təşkilatlarının Resurs Mərkəzində Təhsil Tələbə Kredit Fondu ilə görüş keçirilib

 Gənclər Təşkilatlarının Resurs Mərkəzində Təhsil Tələbə Kredit Fondu ilə görüş keçirilib

14 sentyabr 2022-ci il tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilarlarının nümayəndələrinin Təhsil Tələbə Kredit Fondu ilə görüşü keçirilib. Görüşdə İdarə Heyətinin, həmçinin mərkəzi aparatın digər üzvləri, Elm və təhsil nazirliyinin struktur rəhbərləri, Gənclər və idman nazirliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, gənclər təşkilatlarında fəaliyyət göstərən gənclərin əksəriyyəti tələbələrdir. Onları maraqlandıran suallar və narahat edən məsələlər ətrafında "Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti və gənclərə yaradılan imkanlar" mövzusunda keçirilmiş görüşün əsas məqsədi üzvlüyündə geniş tələbə kütləsinə malik olan gənclər təşkilatlarına Fondun fəaliyyəti ilə bağlı məlumatı təqdim etmək və bu istiqamətdə müzakirələr aparmaqdan ibarət olub.

NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə keçirilən görüş NAYORA-nın sədri Azər Əliyevin açılış nitqi ilə öz işinə başlayıb. İlk olaraq Fondun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini, mütamadi olaraq gənclər üçün ölkəmiz tərəfindən yeni fürsətlər yaradıldığını, təhsilin maddi-texniki bazası, infrastrukturunun yeniləndiyini qeyd edib. Daha sonra çıxışında Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb.

Daha sonra görüş iştirakçılarının TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə ünvanladıqları suallar cavablandırılıb.
 Gənclər Təşkilatlarının Resurs Mərkəzində Təhsil Tələbə Kredit Fondu ilə görüş keçirilib
 Gənclər Təşkilatlarının Resurs Mərkəzində Təhsil Tələbə Kredit Fondu ilə görüş keçirilib
 Gənclər Təşkilatlarının Resurs Mərkəzində Təhsil Tələbə Kredit Fondu ilə görüş keçirilib
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →