• 22:17 – Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir 
  • 22:10 – İran və ABŞ qapalı formatda danışıqlar aparır 
  • 22:11 – Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 
  • 22:06 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində 

Prezident İlham Əliyev Ramanada qəsəbə sakini ilə söhbət edib

Prezident İlham Əliyev Ramanada qəsəbə sakini ilə söhbət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub.
“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Dövlətimizin başçısı Ramanadakı evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət edib.

Prezident İlham Əliyev: Salam, necəsən?

Sakin: Sağ olun, yaxşıyam.

Prezident İlham Əliyev: Sənin evindir?

Sakin: Bəli. Yeni abadlaşdırılmış Ramana kəndimizə xoş gəlmisiniz. Hər zaman Siz gələsiniz.

Prezident İlham Əliyev: Çox sağ ol.

Sakin: Gördüyünüz bu evdə şəhid əmim Allahverdi Allahverdiyev qalıb.

Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsi şəhidi?

Sakin: Bəli, Birinci Qarabağ müharibəsinin veteranı Fərzəli Fərzəliyev babamdır, əmim də var Namiq Allahverdiyev, o da müharibə veteranıdır.

Prezident İlham Əliyev: Sən bu işlə də məşğul olursan?

Sakin: Bəli, cənab Prezident.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →