• 22:17 – Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir 
  • 22:10 – İran və ABŞ qapalı formatda danışıqlar aparır 
  • 22:11 – Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 
  • 22:06 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində 

Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib

Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib

İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker Sahibə Qafarova burada “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək Qlobal Parlament Konfransında iştirak edəcək.

İstanbul Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Azərbaycanın İstanbul şəhərində baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər iyunun 21-də başa çatacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →