• 20:19 – Dövlət büdcəsi pensiya xərclərini tam qarşılamır? 
  • 20:09 – Bayramovla ABŞ rəsmisi arasında kritik görüş 
  • 19:39 – Azərbaycan İƏT-in iclasında belə təmsil olundu 
  • 19:35 – Putin geri çəkilir, güzəştlərə gedir - Tramp 

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin deputatları – Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Milli Məclisdən verilən məlumata görə, millət vəkilləri Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 19-da başa çatacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →