• 23:19 – Rüfət Nasosnu: "Həkim deyirdi ki, martda öləcəksən" 
  • 23:05 – Səfirimiz bu ölkəyə erməni radikalları ilə bağlı təşəkkür etdi 
  • 23:03 – Norveç Rusiya ərazisindən tranzitə qadağa qoyur 
  • 23:00 – Türk ölkələri iki gün sonra İstanbulda toplanır 

“Polisin qarşısına kütləvi cərimələmə niyyəti qoyulmayıb”

“Polisin qarşısına kütləvi cərimələmə niyyəti qoyulmayıb”

“Sosial şəbəkələrdə bəzi şəxslər infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda polisin həyata keçirdiyi tədbirləri qınaq hədəfinə çevirməyə çalışırlar”.

Bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın normalarına əsasən, qapalı məkanlarda tibbi maskadan istifadə məcburiyyəti qalmaqdadır: “Karantin qaydalarına uyğun olaraq, polis tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində polis minlərlə vətəndaşla, sahibkarlıq subyektləri ilə gündəlik iş aparır. Müşahidə olunan odur ki, qanunla müəyyən olunan tələblərə hələ də etinasız yanaşan şəxslər var. Ancaq nəzərə alaq ki, polisin qarşısına kütləvi olaraq vətəndaşları cərimələmək kimi niyyət qoyulmayıb”.

DİN rəsmisi əlavə edib ki, qapalı məkanlarda tibbi maskadan istifadə etməyən, yaxud düzgün istifadə etməyən şəxslər var: “Onların hər biri barəsində kütləvi cərimələnmə həyata keçirilmir. Ancaq bu haldan sui-istifadə edən, insanların həyat və sağlamlığına məsuliyyətsiz yanaşan şəxslərə rast gəlinir. Bir daha vətəndaşlardan xahiş edirik ki, infeksiya riskinin yüksək olduğu qapalı məkanlarda fiziki məsafə, tibbi maskadan istifadəyə ciddi riayət etsinlər”.

Qeyd edək ki, dünən Bakıdakı iri ticarət mərkəzlərindən birində bloqer Hüseyn Həsənovla keçirilən görüş zamanı izdiham yaşanmış, vətəndaşlar qapalı məkanda tibbi maskadan istifadə etməmişdi.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →