• 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 
  • 23:41 – Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir. 
  • 19:44 – İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər 
  • 19:38 – ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ 

Azərbaycanda yeni fındıq zavodunun işə düşəcəyi vaxt açıqlanıb

Azərbaycanda yeni fındıq zavodunun işə düşəcəyi vaxt açıqlanıb

Yeni mövsümdə, 2022-ci ilin yayında Azərbaycanın "Agrarco" şirkəti yeni fındıq istehsalı zavodunu istismara verəcək.

Bunu şirkətin direktoru Cavid Kazımov deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar podratçılar bir sıra problemlərlə üzləşdi və bütün bunlar zavodun işə düşməsi üçün lazımı avadanlıq və digər qurğuların tədarükünün ləngiməsinə səbəb oldu.

"Biz indi sınaq işləri keçiririk. Artıq müəyyən həcmlər emal olunur. Biz yeni müəssisənin tikintisi üçün investisiya qoymuşuq. Həmçinin, aktivləşdirilmiş kömür istehsalı sahəsində əlavə istehsal gücünün tətbiq olunması planlaşdırılır. Bunun üçün artıq müəyyən ərazi var, biz yaxın zamanlarda orada istehsala başlayacağıq", - C.Kazımov deyib.

Qeyd edək ki, "Agrarco" Zaqatala rayonunda yerləşir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →