• 19:38 – Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər" 
  • 19:23 – Bakı metrosunda FACİƏ - Sərnişin qatar yoluna düşdü 
  • 19:18 – İlham Əliyev Zəngilanda... 
  • 19:21 – Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi 

İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında iştirak gücümüzü sınamaq imkanı verir - Ağamurad Qəhrəmanov

İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında iştirak gücümüzü sınamaq imkanı verir - Ağamurad Qəhrəmanov

Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatında iştirak gücümüzü sınamaq imkanı verir. Bu barədə yarış iştirakçısı Ağamurad Qəhrəmanov deyib.

"Bu gün proqram mənim üçün daha çətin idi. Ümid edirəm ki, sabah, yarışın son günündə daha yaxşı olacaq. Yarış gücümüzü sınamaq üçün əla fürsətdir, bu, beynəlxalq startdan əvvəl xüsusilə vacibdir", - idmançı deyib.

Qeyd edək ki, Bakıda keçiriləcək Dünya Kubokunda digər Azərbaycan idmançıları ilə yanaşı Ağamurad Qəhrəmanov da ölkəmizi təmsil edəcək. O, üç proqramda çıxış edəcək.

"Dünya çempionatına hazırlıq yaxşı gedir. Məşqçi bizə inanır və mən də əlimdən gələni etməyə çalışacağam. Yaxşı nəticəyə ümid edirəm. Öz doğma ölkəndə keçirilən iri beynəlxalq yarışlarda çıxış etmək böyük qürur və məsuliyyətdir”, - deyə A.Qəhrəmanov bildirib.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında keçiriləcək Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69 idmançı qüvvəsini sınayacaq.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar - 2014-2015), uşaqlar (kişilər - 2011-2012/ qadınlar - 2012-2013), yeniyetmələr (kişilər - 2009-2010/qadınlar - 2010-2011), gənclər (kişilər - 2005-2008/qadınlar - 2007-2009), böyüklər (kişilər 2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş etdirəcəklər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları da izləyə biləcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →