Rumıniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib
- 15.03.2022, 16:19,
- Manşet / Siyasət
Martın 15-də Rumıniya Respublikasının Prezidenti Klaus Yohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı ikitərəfli əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Bu il Rumıniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu, bu dövr ərzində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyi vurğulandı.
Söhbət zamanı enerji sahəsində əməkdaşlığın perspektivləri, Rumıniyanın enerji təhlükəsizliyinin təmin olunması və enerji təchizatının şaxələndirilməsi baxımından Azərbaycandan təbii qaz və elektrik enerjisinin ixracı məsələləri müzakirə olundu.
Həmçinin, telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi apardılar.
Reytinq: