Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il fevral ayının qiymət indeksini açıqlayıb.
“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin fevral ayı üzrə müştərilərin ən çox aldığı məhsulların qiymətində keçən ilin fevral ayına nisbətən 12,6% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin fevral ayına nisbətən 12,8% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 13,5% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 10,0% artım izlənilib.
“Veysəloğlu Pərakəndə İndeksi” müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək məqsədini daşıyır. İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərərək 108,1% təşkil edib. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 8,1% qiymət artımı müşahidə olunub. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehsaldan distribusiyaya, logistikaya, supermarket şəbəkələri vasitəsilə müştərilərlə birbaşa qarşılıqlı əlaqəyə qədər tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. VŞQ səmimiyyətlə inanır ki, qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığı təkcə ictimai müzakirələr üçün trend olan mövzular deyil, əksinə, ölkənin iqtisadi inkişafı üçün yeganə əlverişli yoldur.
Aylar üzrə ümumi qiymət dəyişikliyi:
“Veysəloğlu Pərakəndə İndeksi” ilə bağlı suallarınız yaranarsa, Pr@veyseloglu.az e-mailinə yaza bilərsiniz.
“Veysəloğlu Pərakəndə İndeksi” nədir?
İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.
“Veysəloğlu Pərakəndə İndeksi”nin hesablanmasında bu düsturdan istifadə olunur:
Veysəloğlu Pərakəndə İndeksi=(Cari dövr istehlak səbətinin qiyməti)/(Baza dövrü istehlak səbətinin qiyməti)×100%
Məsələn, təsəvvür edək ki, tipik bir istehlakçı (müştəri) hər ay 5 kq alma, 2 kq armud alır və onun ümumi istehlak (məhsul) səbəti yalnız bu məhsullardan ibarətdir. Bu ay almanın 1 kiloqramının qiyməti 1 manat, armudun 1 kiloqramının qiyməti isə 2 manatdır. Keçən ay isə 1 kq alma 0.98 manat, 1 kq armud isə 1.95 manat olub. Bu zaman “Veysəloğlu Pərakəndə İndeksi” belə hesablanacaq:
Veysəloğlu Pərakəndə İndeksi=(almanın çəkisi×almanın cari qiyməti+armudun çəkisi×armudun cari qiyməti)/(almanın çəkisi×almanın keçən aya olan qiyməti+armudun çəkisi×armudun keçən aya olan qiyməti)×100%
Beləliklə, Veysəloğlu Pərakəndə İndeksi aşağıdakı kimi hesablanacaq:
(5×1+2×2)/(5×0.98+2×1.95)×100%=102%
Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində 2% qiymət artımı müşahidə olunur.
“Veysəloğlu Pərakəndə İndeksi” hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşılır. Şirkətlər Qrupu bu indekslə alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir.