• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Milli Məclisin deputatı Göyçay rayonunda “AzNar” da oldu

Milli Məclisin deputatı  Göyçay rayonunda “AzNar” da oldu

Bu gün 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə səfəri çərçivəsində Göyçay rayonunda “AzNar” QSC-nin kollektivi ilə görüş keçirmiş, eyni zamanda müəssisədə istehsal prosesi ilə tanış olmuşdur.
Görüşdə ilk növbədə millət vəkili müəssisənin fəaliyyəti, habelə zavodun strukturu, iş prinsipləri və qarşıya qoyulan gələcək hədəflər haqda məlumatlandırılmışdır.
Sonra deputat Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdiyini, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən ardıcıl tədbirlərin mikroiqtisadi mühitdə sabitliyi təmin etdiyini, habelə sahibkarlığın inkişafının hökumətin gündəliyində əsas prioritet hesab olunan istiqamətlərdən olduğunu vurğulayıb:
Milli Məclisin deputatı  Göyçay rayonunda “AzNar” da oldu

“Bu gün postpandemiya və postmüharibə dövründə dayanıqlılığı təmin etmək üçün, habelə dördüncü sənaye inqilabının genişlənməsi, rəqabətədavamlı iqtisadi mühitin formalaşması və əhalinin rifah halının yüksəldilməsi məqsədilə müxtəlif iqtisadi sahələrdə dövlət proqramları həyata keçirilir, əhalinin iştirakçılığı təmin olunur.”
Həmçinin, görüşdə M.Əfəndiyev iştirakçları Milli Məclisdə sahibkarların fəaliyyətinə dəstək olan qanunvericilik təşəbbüsləri, habelə üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən dövrdə gördüyü işlər, xüsusilə sahibkarlara aid qəbul olunmuş qanun layihələri haqqında məlumatlandırdı.
Sonda deputat iştirakçıları maraqlandıran sualları cavablandıraraq onlarla geniş fikir mübadiləsi apardı, bu gün çətin postpandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etməyin vacibliyini qeyd etdi.
Milli Məclisin deputatı  Göyçay rayonunda “AzNar” da oldu
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →