• 21:46 – Makron Ermənistanda meydan oxuyur: Rus bazasının önündə... 
  • 21:36 – Azərbaycanın “Avroviziya” 2026 təmsilçisi Vyanaya yola düşüb 
  • 19:06 – Bakıda Gökhan Türkmenin möhtəşəm konserti baş tutdu 
  • 19:02 – Eyyub Hüseynzadə dördüncü dəfə Özcan Denizi Bakıya gətirdi - VİDEO - FOTOLAR 

Müdafiə Nazirliyinin saxlanılan hərbçiləri barədə qərar verildi

Müdafiə Nazirliyinin saxlanılan hərbçiləri barədə qərar verildi

Müdafiə Nazirliyində əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs həbs edilib.

Saxlanılan Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə barədə məhkəmə qərar verib.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə onlar barəsində istintaq orqanının təqdimatına baxılıb və Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib.

Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, nazirliyin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə xəbər vermişdik.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →