
BAKI-XEBERTV.AZ
Xalqın Duası, Vətənin Gücü
Azərbaycanın Birinci xanımı, Birinci Vitse-Prezident Mehriban Əliyevanın hər bir vətəndaşa göstərdiyi qayğı, hər bir uşağa ana kimi yanaşması xalqımızda qürur hissi oyadır. Onun Qarabağa səfərləri zamanı doğma yurduna qayıdan insanlara sevgi ilə yanaşması, uşaqlarla səmimi söhbəti, yaşlılara diqqəti – hamısı Azərbaycan xanımının ürəyindəki sonsuz sevgidən doğur.
Bu sevgi və qayğı vətəndaşa verilən dəyərin təcəssümüdür. Günü-gündən çiçəklənən Qarabağda hər bir insanın dilində bir dua kimi səslənir: Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın adları. Çünki illərlə həsrətini çəkdiyimiz Qarabağda aparılan quruculuq işləri, yeni məktəblərin, bağçaların, iş yerlərinin açılması xalqın rifahının yüksəldilməsinə xidmət edir.
Bu qayğı və sevgi şəhidlərimizin ruhuna ehtiram, qazilərimizə isə güc və sağlamlıq arzusuyla tamamlanır. Hər bir vətəndaş bu diqqəti öz həyatında hiss edir. Qarabağda ucalan yeni məktəblər, açılan bağçalar, qurulan iş yerləri yalnız daşdan və sementdən ibarət deyil – onlar xalqın gələcəyinə qoyulan ümidin, dövlətin və rəhbərliyin xalqına verdiyi dəyərin rəmzidir.
Hər bir körpənin gülüşündə, hər bir gəncin ümidində, hər bir yaşlının rahat nəfəsində bu qayğının izi görünür. Vətənin hər guşəsində səslənən dualar Ali Baş Komandan İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın adlarını xatırladır. Bu adlar xalqın yaddaşında yalnız rəhbərlik simvolu kimi deyil, həm də sevgi, mərhəmət və quruculuq rəmzi kimi yaşayır.
Azərbaycanın çiçəklənən torpaqlarında hər bir vətəndaş qürurla deyir: bu Vətən sevilir, bu Vətən yaşadılır, bu Vətən uğrunda canını fəda edənlərin ruhu daim ehtiramla anılır. Qarabağda yüksələn hər bina, açılan hər yol, işə başlayan hər müəssisə – şəhidlərin qanı ilə yazılmış tarixin davamı, qazilərin iradəsi ilə möhkəmlənmiş gələcəyin işığıdır. Bu işıqlı yol xalqın birliyini, dövlətin gücünü və rəhbərliyin xalqına olan sevgisini əks etdirir. Bu yol həm də Azərbaycan xalqının iradəsinin, səbrinin və ümidinin parlaq təcəssümüdür.
Həsənov Səbuhi Nazim oğlu